14 Sentyabr 2017 15:17
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Fərid Əhmədov naməlum şəraitdə bıçaqlanıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Fərid Əhmədovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeyanlov