24 İyul 2014 17:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hindistan vətəndaşları Raqul Kisor, Arulkumaran Paramasiqan, Nadarjan Tanikasaminin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 205.2.3-cü (saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxslər bankomatlardan kodlar vasitəsilə pul çıxarıblar və bununla da banklara külli miqdarda ziyan vurublar. Onların qanunsuz əməlləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə vətəndaşları Raqul Kisor 9 il, Arulkumaran Paramasiqan 8 il, Nadarjan Tanikasamin 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif: