24 İyul 2014 17:51
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Abbasov bıçaqlanıb.

Orxan Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün gəncin həyatını xilas etmək mümkün olub. Hazırda həkim müayinəsi altında saxlanılan gəncin vəziyyətinin ağır olduğu bildirilir.

Onun tanımadığı şəxslə mübahisə etdiyi və mübahisə zəminində bıçaqlandığı məlum olub. Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: