16 Sentyabr 23:57

Biləsuvar şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin "Aerodrom" adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Şahbazov Mehman Aşurəli oğlu ailədaxili münaqişə zamanı öz həyat yoldaşı tərəfindən bıçaqlanıb. 48 yaşlı kişi bud nahiyəsindən aldığı xəsarətlərlə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır./report/


Müəllif: Teleqraf.com