17 Sentyabr 2017 12:14
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotiklərlə bağlı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Əskərov həbs edilib. Ondan 10,330 qram heroin və 800 qram marixuana götürülüb.

Daha bir əməliyyat Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib. Şəhər sakini Samir Səfərovdan 490 qram marixuana götürülüb.

Bundan başqa, Gəncənin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Həsrətovdan 478 qram marixuana götürülüb. Hər üç faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov