17 Sentyabr 2017 14:14
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq hadisəsi törədənlər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sentyabrın 15-nə keçən gecə Gəncə şəhəri ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini Məhərrəm Bayramov tutulub.

Bundan başqa, Kəpəz rayon Polis İdarəsi əməkdaşları tərəfindən bu ilin may-avqust ayları ərzində Gəncə şəhəri ərazisindəki 11 evdən və 2 avtomobildən pul, akkumulyator, həyətlərdən isə su sayğacı, su mühərriki, ev quşu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Azər Qurbanov yaxalanıb.


Müəllif: Hacı