17 Sentyabr 2017 15:46
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayon sakini Pərviz Zeynalov və Siyəzən rayon sakini Zümrəddin Abbasov tutulublar. Onlar Xızı rayon sakini olan bir nəfərin pulunu soyğunçuluq yoli ilə almaqda şübhəli biliniblər. İstintaq araşdırması zamanı həbs edilən hər iki şəxsin əvvəllər məhkum olunduqları üzə çıxıb.


Müəllif: Hacı Zeynalov