18 Sentyabr 2017 12:16
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Narko” serialının 4-cü mövsüm çəkilişi üçün Meksikada məkan axtarışına çıxan prodüser şirkətinin əməkdaşı Karlos Muoz Portal güllələnərək qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, Meksikanın təhlükəli bölgələrindən sayılan Temaskalapada 37 yaşlı aktyor və prodüser Karlos Muoz Portalın meyiti avtomobilində tapılıb. Polis hadisənin şahidi olmadığı üçün istintaqda çətinlik çəkdiklərini bildirib.

Qeyd edək ki, Karlos “Ceyms Bond”, “Sürətli və hikkəli”, “Apokalipsis” filmlərində də rol alıb.


Müəllif: Könül