18 Sentyabr 2017 14:28
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat tədbirləri ilə Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Bəhruz Əsgərov həbs edilib.

Ondan 10,711 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram marixuana aşkar edilərək götürülüb.

İstintaq müəyyən edib ki, Bəhruz Əsgərov əvvəllərdə məhkum olunub.

Daha bir əməliyyatı Balakən rayon polis şöbəsinin əməkdaşları keçirib. Qazma kənd sakini Amil Xəlilovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 6 kiloqram 745 qram olan 4 ədəd çətənə kolu və 80,33 qram marixuana aşkar edilib.

Bundan başqa, Qax rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Biləsuvar şəhər sakini Ramil Həsənov 340 qram marixuananı 1000 manata satarkən tutulub.


Müəllif: Hacı Zeynalov