18 Sentyabr 2017 19:13
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, İçərişəhərin Kiçik Qala küçəsində yerləşən şirkətlərin birindən 1000 manat dəyərində rəsm əsəri oğurlanıb.

Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Tərlan Əsgərov saxlanılıb.


Müəllif: Hacı Zeynalov