19 Sentyabr 2017 12:09
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhəri ərazisində quldurluq baş verib.

Teleqraf.com xəbər verir ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb.

Onlar daha sonra tapança ilə Mirmehdi Cəfərovu hədələyib və ondan pul tələb ediblər. Zərərçəkmişin üstündə pul olmadığı üçün həmin şəxslər hadisə yerindən qaçıblar.

Mirmehdi Cəfərov baş verən olayla bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət edib.

Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri - Anar Tağızadə və Qabil Əliyev tutulublar.

Anar Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov