25 İyul 2014 10:28
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 3 ABŞ vətəndaşının həbsi ilə bağlı təfərrüatlar məlum olub.


Bu haqda “Washington Post” qəzeti məlumat yayıb.

Məlum olub ki, tutulanlar elə bu qəzetin Tehrandakı müxbiri Ceyson Rezoyan və onun həyat yoldaşı Yeganə Salehidir.

38 yaşlı Rezoyanın ikili vətəndaşlığı var - Amerika və İran. Bu ər-arvadla yanaşı, daha iki amerikalının həbs edildiyi deyilir.

Onların fotomüxbir olduğu barədə məlumatlar var. Ancaq adları açıqlanmır.

ABŞ Dövlət Departamentinin rəsmisi Mari Xarf deyib ki, prezident Barak Obamanın İranda 3 vətəndaşımızın həbs olunmasından xəbəri var: ”Ancaq dəqiqləşdirmələr aparılanadək şərh verməyəcəyik”.

/publika.az/


Müəllif: