24 Aprel 2014 20:55
1 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində keçirilən yoxlamalara və həbslərə rəsmi münasibət bildirib.

Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) həyata keçirilən yoxlamalara və həbslərə münasibət bildirib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib.

Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: