25 İyul 2014 14:06
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iki nəfər dərmandan zəhərlənib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 23-də Abşeron rayonunun Masazır qəsəbə sakini Aygün Fərhadova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Oxşar hadisə Gəncə şəhərində də qeydə alınıb. Şəhər sakini Cavid Telman oğlu Musayev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Hacı Zeynalov


Müəllif: