25 İyul 2014 14:18
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Saatlıda silahlı şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun M.Mustafayev küçəsində Ağdam rayon sakini əvvəllər məhkum olunmuş Vaqif Allahyarovdan “AK” markalı silah götürülüb.

Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çolpı kənd sakini Hasil Əhmədovun həyətinə baxış zamanı 1 ədəd “AK-74” markalı silah, 2 ədəd patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Hacı Zeynalov


Müəllif: