25 İyul 2014 18:19
393

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tələbə yoldaşını öldürməyə cəhd edən Vüqar Babayevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, bu ilin martın 31-də Azərbaycan Müəllimlər İnstitutunun Quba rayon filialında oranın tələbəsi Vüqar Babayev münaqişə zəminində tələbə yoldaşı Xalid Osmanlıya döş qəfəsindən bıçaqla çoxsaylı xəsarətlər yetirib. Xalid Osmanlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Vüqar Babayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Məhkəmənin hökmü ilə Vüqar Babayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: