Bakı Ağır Cinayətlər Məhkəməsində özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın məhkəməsi başa çatıb.
Teleqraf.com-un hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Şəlalə Hüseynova 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8 min manat pul tələb edərək həmin məbləğin 3.700 manatını alıb, sonradan qalan 4.300 manatını alarkən cinayət başında yaxalanıb.
Şəlalə Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.
Hacı Zeynalov