25 İyul 2014 23:28
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda ev yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Tərtər rayonu, Hacıqərvənd kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəlin 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 170 kv.m sahədə və 2 otağının yanar konstruksiyalar 56 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibin nəvəsi yanıq xəsarətləri alıb.

Evin qalan hissəsi yanğında mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: