11 Oktyabr 2017 10:14
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Babək prospektində Cahid Abbaslı və Kənan Hüseynzadə bir neçə nəfərlə mübahisə edib.

Mübahisə davaya çevrilib, Cahid Abbaslı və Kənan Hüseynzadə bıçaqlanıb. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıb.

Hər iki yaralı şahidlərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir. Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinin əməkdaşları araşdırmaya başlayıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.

İlkin məlumata görə, hadisə qız üstündə baş verib. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeyanlov