12 Oktyabr 2017 00:12
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Qarağac kəndindəki evlərin birindən 2100 manatın oğurlanması barədə Sabirabad rayon polis şöbəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini Ümid Mirzəyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov