12 Oktyabr 2017 10:06
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki “Xaqani” yanacaqdoldurma məntəqəsinin ərazisində 1982-ci il təvəllüdlü Xəyal Ələkbərov bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Xəyal Ələkbərov orada tanımadığı şəxslə mübahisə edib. Onların mübahisəsi bir-birlərinə yol verməmək üstündə yaranıb.

Dava edən adı açıqlanmayan şəxs Xəyala bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov