12 Oktyabr 2017 16:12
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunun Xıdırlı kəndində intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, kənd sakini, 21 yaşlı Emin Əsədov özünü həyətlərindəki tövlədə asaraq ölüb.

Məlum olub ki, Emin Əsədov Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış.

Oktyabrın 11-də Emin Əsədovun atası Mehmanla mübahisəsi olub. Atası ilə mübahisə edən 21 yaşlı oğlan evlərinin həyətindəki tövlədə özünü asıb. Tələbənin meyitini anası aşkarlayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeyanlov