12 Oktyabr 2017 16:48
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda iki tələbə qıza qarşı cinayət törədilib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildirib.

Bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmır.

Dərhal görülən tədbirlərlə həmin şəxs yaxalanıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, “Samsung” və “İphone -7” markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə Bakı Dövlət Universitetinin tələbələri olan həmin qızlara məxsusluğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov