12 Oktyabr 2017 18:31
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Savalan qəsəbəsində 1980-ci il təvəllüdlü Ruslan İbrahimov orta yaşlı kişi ilə mübahisə edib.

Mübahisəyə səbəb Ruslanın ona salam verməməsi olub. Həmin şəxs Ruslandan ona salam verməməsinin səbəbini soruşub. Ruslan həmin kişiyə kobud cavab verib.

Cavab kişinin xoşuna gəlməyib və onlar mübahisə ediblər. Ruslanın həmin kişi ilə əlbəyaxa olmasını digər qardaşları - 1978-ci il təvəllüdlü Ramin İbrahimov və 1999-cu il təvəllüdlü Rəhman İbrahimov da görüb.

Onlar qardaşları Ruslanın köməyinə gəliblər. Üç nəfərin birdən üstünə gəldiyini görən kişi Ruslanı ürək nahiyəsindən bıçaqlayıb, digər qardaşlara da xəsarət yetirib.

Cinayəti törədən hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov