12 Oktyabr 2017 19:09
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində çayxanalardan birində bıçaqlanan Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Oqtay Osmanov xəstəxanaya yerləşdirilib.

Məlumata görə, müştəri kimi çayxanaya gələn Oqtay orada tanışı ilə mübahisə edib. O, tanışını söyüb, bundan əsəbləşən şəxs Oqtaya bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov