12 Oktyabr 2017 19:45
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı keçirilən prosesdə hakimə verilən etiraz təmin olunub.

Bu barədə Teleqraf.com-a jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Əfqan Muxtarlı barəsindəki həbs qətimkan tədbiri müddətinin artırılması barədə müstəntiqin vəsatətinə baxılması işi üzrə etiraz təmin edilib: "Həbs qətimka tədbirinin arıtırlması üçün vəsatət baxılması üçün Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın icraatına verilib. Məhkəmə iclası sabah saat 12.00-a təyin edilib".

Qeyd edək ki, baş prokurorun birinci müavini Rüstəm Usubovun vəsatətinə bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılan zaman Əfqan Muxtarlının vəkili Elçin Sadıqov hakimə etiraz edib.

Bu səbəbdən həbs qətimkan tədbiri müddətinin artırılması barədə məhkəmə iclası təxirə salınıb.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra isə onun həbs müddəti daha 2 ay uzadılıb.


Müəllif: Hacı Zeynalov