13 Oktyabr 2017 23:23
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində Nizami Gəncəvi prospektinin kənarında 25 yaşlı Mehman Əliyevi naməlum şəxs bıçaqlayıb.

Teleqraf.com xəbər verir ki, yaralı hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mehman Əliyev xəstəxanada dünyasını dəyişib.

Onun kimin tərəfindən, hansı səbəbdən qətlə yetirildiyi məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görürlər.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov