14 Oktyabr 2017 04:15
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobillərdən oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 11-də İçərişəhərin Qəsr küçəsində “Toyota” markalı avtomobildən qızıl boyunbağı oğurlanıb.

Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan Əsgərov tutulub.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları Turqut Sadıqlını həbs edib.

Onun cari il avqustun 24-də və sentyabrın 29-da rayon ərazisində 2 avtomobildən pul və sənəd oğurladığı müəyyən edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov