15 Oktyabr 2017 17:58
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisində avtobusda bir nəfərin cibindən pul çıxaran şəxs düşərək qaçmaq istəyib, cibgirliklə üzləşən şəxs isə duyuq düşüb və onu təqib etməyə başlayıb. Bu zaman onların qarşısına həmin ərazidə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşları çıxıb. Məlum olub ki, qaçan şəxs xətt avtobusunda digərinin cibindən pul çıxarıbmış. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə gətirilən həmin şəxslərin Bakı şəhər sakini Feyruz Əbdülbaqiyev və Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Akif Ağaxanov olmaları məlum olub. Araşdırmalarla A.Ağaxanovun F.Əbdülbaqiyevin cibindən 20 manat oğurlaması müəyyən edilib.

A.Ağaxanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə oktyabrın 10-da eyni üsulla Bakı şəhər sakini olan bir qadının içərisində 100 manat və sənəd olan pulqabısını oğurladığı da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı