15 Oktyabr 2017 18:45
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, nəticədə 3 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yaşıl kütlə halında narkotik tərkibli bitkilər isə aşkar edilərək məhv edilib. Polis əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında rayon sakinləri İsmayıl İsmayılova məxsus həyətyanı sahəyə keçirilən baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 666 qram qurudulmuş marixuana və 535 qram çətənə kolu, Eldəniz Balakişiyevə məxsus həyətyanı sahəyə baxış zamanı isə 1 kiloqram 417 qram qurudulmuş marixuana və 635 qram çətənə kolu aşkar edilərək götürülüb.


Müəllif: Hacı