16 Oktyabr 2017 18:36
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 10-dan oktyabrın 3-dək olan müddətdə rayon ərazisindəki 3 quşçuluq sexindən və 1 fermadan təmir-tikinti alətləri, inşaat materialları və 4900 metr elektrik naqili oğurlanıb.

Siyəzən rayon polis şöbəsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elvin Bəydəmirov tutulub.

Elvin Bəydəmirovun əvvəllər məhkum olunduğu üzə çıxıb.


Müəllif: Hacı Zeynalov