17 Oktyabr 2017 09:30
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda arvadına söz atan şəxsi amansızcasına döyməkdə təqsirli bilinən İsmayıllı rayon sakini, 1979-cu il təvəllüdlü Samir Ağababayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Lahıc qəsəbə tam orta məktəbində İngilis dili müəllimi işləyən Samir Ağababayev arvadı ilə birlikdə Qəbələ rayonuna istirahətə gəliblər.

2017-ci il iyunun 28-də, sааt 21 rаdələrində orada olarkən tanışları Anar Məmmədov Samir Ağababayevin arvadına “əzizim” deyə müraciət edib.

Sərxoş olan Samir Ağababayev Anarın bu müraciətinə əsəbiləşib. Özünü saxlaya bilməyən Samir Ağababayev Anar Məmmədovu döyərək, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirib.

Samir Ağababayev İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə) maddəsi ilə ittiham edilib.

Qəbələ rayon Məhkəməsi Samir Ağababayevi təqsirli bilməyib. Məhkəmə onun barəsində inzibati xəta tərkibi olmаdığınа görə bаrəsində olаn inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm verilib.

Bu qərardan apelyasiya şikayəti verən zərərçəkmiş Anar Məmmədov Samir Aağabalayevin cəzalandırılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Anar Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib və Qəbələ rayon Məhkəməsini qərarı dəyişdirilib.

Məhkəmə Samir Ağababayevi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilib və onu 300 manat miqdarında cərimə edib.


Müəllif: Hacı Zeynalov