17 Oktyabr 2017 10:14
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda restoranlardan birində dava olub.

Teleqraf.com xəbər verir ki, 8-ci mikrorayon ərazisində yerləşən “Oazis” restoranında Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Rüstəm Cəfərov və 1992-ci il təvəllüdlü Ramiz Babazadə mübahisə ediblər.

Sərxoş gənclərin mübahisəsinə daha bir neçə nəfər qoşulub. Onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Tural Həsənzadə onlardan sakit olmalarını tələb edib.

Bu vaxt sərxoş gənclər polis əməkdaşını döyüb və hadisə yerindən qaçıblar. Polis əməkdaşları Rüstəm Cəfərovu saxlayıblar. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeyanlov