17 Oktyabr 2017 11:46
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:26

Bakıda kurs müəllimi damarlarını kəsərək intihar edib.

Hadisə paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi 63 ünvanında yerləşən “Engligtment” dil kursları mərkəzində qeydə alınıb. Orada müəllim işləyən, 1961-ci il təvəllüdlü İradə Yusif qızı Əliyeva sağ qolunun damarını kəsərək intihar edib. Nəticədə çoxlu qan itirən İ. Əliyeva dünyasını dəyişib.

Bildirilir ki, İ.Əliyeva həm də Bakıdakı universitetlərdən birində çalışırmış.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA/

***

İşlədiyi kursda meyiti tapılan İradə Yusif qızı Əliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi işləyib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov Publika.az-a açıqlamasında bildirib ki, İ.Əliyeva sonuncu dəfə keçən həftənin cümə günü işdə olub: “O, iş saatı bitəndən sonra universitetdən ayrılıb. İ.Əliyeva həm də hazırlıq kurslarında çalışırdı. Ailəsi də bir müddət ondan xəbər almayıb. Sonradan onun damarları kəsilmiş haldakı meyiti işlədiyi kursda aşkar edilib. Onun intihar, yoxsa qətl olması barədə suala hüquq-mühafizə orqanları aydınlıq gətirəcək”.

M.İbrahimli bildirib ki, İradə Əliyeva müsbət xarakterli, nizam-intizamlı müəllim kimi tanınırdı. Universitetin ictimai işlərində fəal iştirak edirdi.

M.İbrahimovun sözlərinə görə, hadisə barədə daha detallı məlumatı ailəsi və hüquq mühafizə orqanları verə bilər. Artıq müəllim yoldaşları İ.Əliyevanın evinə gediblər.


Müəllif: Teleqraf.com