17 Oktyabr 2017 14:20
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonundakı məişət tullantıları yığılan yerlərin birindən silah-sursat tapılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapıblar.


Müəllif: Hacı Zeynalov