17 Oktyabr 2017 13:00
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməkdə təqsirli bilinən Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və Rauf Azadovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Surxay Cəfərov 9 il 4 ay, Tural Ağahüseynov 9 il, Namid Aydınov və Rauf Azadov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhər sakini Pərvin Əliyev Daxili İşlər Nazirliyinin “102 xidmətinə” zəng edərək, quldurluqla üzləşdiyini deyib.

Bildirib ki, çalışdığı Lombarda işdən çıxandan sonra evə yollanıb, yolda naməlum şəxslər ona hücum edib, zor tətbiq etdikdən sonra cibində olan 7 min manat pulu ələ keçiriblər.

Təhlükəsiz Şəhər Xidməti və Nizami rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri - Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və əvvəllər məhkum olunmuş Rauf Azadov tutulublar.

Dəstə üzvləri hadisə yerinə Surxay Cəfərovun avtomobili ilə gediblər. Bunun müqabilində onlar quldurluq yolu ilə əldə etdikləri puldan sürücüyə 1750 manat pul veriblər. Dəstə üzvlərinə Pərvin Əliyevdə külli miqdarda pul olması barədə məlumatı isə Namid Aydınov verib.

Məlum olub ki, onlar Lombardın qarşısında uzun müddət gözləyiblər . Pərvin Əliyev işdən çıxan kimi onun maşına basıb əl qolhnu bağlayaraq qaz balondan istifadə ediblər. Daha sonra omun pulunu götürüb, hadisə yerindən çıxıblar.


Müəllif: Hacı Zeynalov