17 Oktyabr 2017 21:08
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda orta məktəbin həyətində bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, rayonun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 2002-ci il təvəllüdlü Samir Fətullayev 2004-cü il təvəllüdlü Rahib Babayevi bıçaqlayıb.

Xəsarət alan Rahib Babayev xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, orta məktəbin 8-ci sinfində oxuyan Rahib Babayev ondan arxada gedən iki qıza yol verməyib. Onun qızlara yol verməməsi 10-cu sinif şagirdi olan Samir Fətəliyevin xoşuna gəlməyib.

Məktəblilər arasında mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov