17 Oktyabr 2017 19:58
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda kütləvi dava baş verib.

Teleqraf.com xəbər verir ki, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsində 1978-ci il təvəllüdlü Zaur Bünyadov qonşusu Elnur və onun qardaşı ilə mübahisə edib.

Qonşuların mübahisəsi davaya çevrilib. Davaya Elnur adlı şəxsin daha iki dostu qoşulub. Zaur Bünyadov həmin şəxslər tərəfindən döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Zaur Bünyadovu döyən şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov