18 Oktyabr 2017 12:16
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Saray qəsəbəsində 1982-ci il təvəllüdlü Əntiqə Süleymanova qardaşı tərəfindən odlu silahla güllələnib.

O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən Seyran Süleymanov həbs edilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, Əntiqə Süleymanova bir nəfər kişi ilə münasibət saxlayıb. Bundan xəbər tutan qardaşı onunla mübahisə edib. Onların arasındas olan mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov