18 Oktyabr 2017 11:21
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə polis əməkdaşları məhkəməyə gəlməyib.

Təqsirləndirilən şəxsin vəkili Təranə Məmmədova şahidlərin dirəndirilməsini istəyib. Hakim şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə tədbir görüləcək.

Vəkil Məhəbbət Namazovun xasiyyətnaməsi ilə bağlı məhkəməyə sənəd təqdim edib. Sənəd işə əlavə olunub.

Hakim deyib ki, işdə olan şahidlərin dindirilməsi başa çatandan sonra təqsirləndirilən şəxsin dindirilməsi mümkün olacaq.

Növbəti proses oktybarın 25-də davam edəcək.

İttihama görə, Məhəbbət Namazov 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik aşkar olunub. Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Nadir Səlifovun (Lotu Quli) kirvəsidir. Hazırda Nadir Səlifov 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.


Müəllif: Hacı Zeynalov