19 Oktyabr 2017 12:12
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yaşayan Göyçay rayon sakini qətlə yetirilib.

APA-nın xəbərinə görə, ölən şəxs Göyçayın Çaxırlı kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov İlqar Tahir oğludur. O, bir neçə il əvvəl işləmək üçün Ukraynaya gedib, orada kiçik bizneslə məşğul olub. Bir neçə gün əvvəl Kiyevdə yerli sakinlər tərəfindən döyülən T. Məmmədov aldığı xəsarətlərdən ölüb. İ. Məmmədovun öldürülməsinin səbəbi hələlik məlum deyil.

Onun cənazəsi Göyçaya gətirilərək dəfn edilib.

Yerli hüquq-mühafizə orqanları faktı araşdırır.


Müəllif: Teleqraf.com