20 Oktyabr 2017 00:12
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda böyük ticarət mərkəzlərindən birində oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 18-də saat 9 radələrində “Moskva” ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qoparıb qaçıb.

Həmin ərazidə xidmətdə olan mühafizə polisinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxs bir qədər aralıda yaxalanıb və o, şübhəli şəxs qismində 19-cu polis bölməsinə təhvil verilib.

Araşdırmalarla onun Gəncə şəhər sakini,1992-ci il təvəllüdlü Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb.

Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi açılıb.


Müəllif: Hacı Zeynalov