19 Oktyabr 2017 21:35
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Türkan qəsəbəsində Şəki şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad İsgəndərov əmisi oğlu, 1988-ci il təvəllüdlü Pərviz İsgəndərovu bıçaqlayaraq öldürüb.

Cinayəti törədən Rəşad İsgəndərov tutulub. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov