20 Oktyabr 2017 01:12
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların evlərindən oğurluq hallarına qarşı uğurlu tədbirlər həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 14-nə keçən gecə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Gəncə şəhəri ərazisindəki evlərin birindən oğurluq olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Məlum olub ki, evdən 100 manat, 400 ABŞ dolları, habelə qızıl əşyalar oğurlanıb.

Polis əməkdaşlarının şübhələri Roza adlı qadının üzərində cəmləndiyindən o, şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.

Araşdırmalarla onun Göygöl rayon sakini Roza Cabbarova olduğu məlum olub.


Müəllif: Hacı Zeynalov