20 Oktyabr 2017 11:48
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq və soyğunçuluqda təqsirləndirilən Rzaqulu Allahquliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Barəsində şərti cəza kəsilən Rzaqulu Allahquliyev məhkəmə zalından azadlığa buraxılıb.

Prokuror Sabir Abdinov Rzaqulu Abdullayevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Nəsimi rayonu ərazisində paytaxt sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman rayonun S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək içərisində 682 manat pul və 300 manatlıq mobil telefon olan çantasını zorla alaraq qaçmağa cəhd göstərib.

Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşı polis baş serjantı Şakir Həsənov yetişib, qadının çantasını alıb qaçan şəxsi təqib etməyə başlayıb.

Cinayəti törədən şəxsi hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanıb və polis bölməsinə təhvil verib.

Bölmədə araşdırma zamanı qeyd edilən cinayəti törədərək qaçmağa cəhd göstərən şəxsin Xızı rayon sakini Rzaqulu Allahquliyev olduğu məlum olub və o, ifadəsində cinayəti etiraf edib.

Onun daha sonra bir cibgirlik cinayəti də üzə çıxıb.


Müəllif: Hacı Zeynalov