20 Oktyabr 2017 16:02
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində 20 yaşlı oğlan ASAN xidmətdə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, 1997-ci il təvəllüdlü Səbuhi Muradov Sumqayıt şəhərində yerləşən ASAN xidmətə gəlib.

O, mühafizə polisinin postundan keçərkən yaxalanıb. Onun üzərindən 1 ədəd 5.45 və 8 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilib.

Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları çağırılıb. Onun barəsində müvafiq tədbir görülməsi üçün polis bölməsinə aparılıb.


Müəllif: Hacı Zeynalov