20 Oktyabr 2017 18:17
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda həyət evlərindən oğurluq edən şəxs əməliyyat nəticəsində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsinə ərizə ilə müraciət edən Sulduz Şükürov Sabunçu qəsəbəsindəki mənzilinin pəncərəsinin sındırıldığını, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizorun oğurlandığını bildirib.

Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimov saxlanılıb.

O, izahatında həmin evdən oğurluq etdiyini və oğurladığı əşyaları satdığını etiraf edib. Əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində daha 2 fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.


Müəllif: Hacı Zeynalov