21 Oktyabr 2017 17:14
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib.

O, ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib.

Polis əməkdaşlarının əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalarla onun Lerik rayon sakini Cəmşid Alışov olduğu məlum olub. O, törətdiyi əməli etiraf edib, bildirib ki, bankomat kartını küçədən tapıb. Kartın kodu üzərində yazıldığından hesabdakı məbləği çıxarıb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov