21 Oktyabr 2017 19:14
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 16-da rayon ərazisindəki evlərdən birindən 1800 manat və qızıl əşyalar oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Emil Şirinov tutulub.

İstintaq araşdırması zamanı məlum olub ki, Emil Şirinov əvvəllər məhkum olunub.


Müəllif: Hacı Zeynalov