21 Oktyabr 2017 20:58
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ədalət Həsənov tutulub.

O, rayonun Sarıcalı, Poladlı və Taynaq kəndləri ərazisində subartezian quyularını elektrik enerjisi ilə təmin edən naqilin 65 metr hissəsini kəsərək oğurlamaqda şübhəli bilinib.

Ətrafında aparılan tədbirlərlə onun oktyabrın 6-da Poladlı kəndi ərazisində subartezian quyularını elektrik enerjisi ilə təmin edən naqilin 35 metr hissəsini kəsərək oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov